Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:40

Cənubi Osetiyada Rusiyayönümlü partiya qalib gəlir


Cənubi Osetiya 1992-ci ildə müstəqilliyini elan edib.

Cənubi Osetiya 1992-ci ildə müstəqilliyini elan edib.

-
Cənubi Osetiyada Rusiya ilə birləşmə referendumu istəyən partiya qələbə çalır.

Gürcüstanın bu separatçı regionunda iyunun 8-də parlament seçkiləri keçirilib.

Səslərin üçdə biri sayılıb, Rusiyayönümlü Vahid Osetiya (Yedinaya Osetiya) Partiyası səslərin 44 faizini qazanıb.

Tsxinvalidə 34 yerlik parlament uğrunda doqquz partiya yarışır. «Interfax»ın məlumatına görə, parlamentə düşmək üçün 7 faizlik həddi azı 2 partiya aşıb.

Cənubi Osetiya 1992-ci ildə müstəqilliyini elan edib. Gürcüstan bu seçkilərin qanuniliyini tanımır.

Günün bütün mövzuları

XS
SM
MD
LG