Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 16:01

Amerikanın tarixini fərqli anladan kitab


-

Amerika tarixçisi Howard Zinn-in "A People's History of the United States (ABŞ Xaqlar Tarixi) kitabı niyə bestsellerdir və indiyəcən 2 milyon nüsxəsi satılıb?

Bu sualın cavabı çox sadədir. Zinn Amerika tarixinə fərqli yanaşır. Onu hakim elitanın, zəngin adamların perspektivindən yox, xalqın prizmasından incələyir.

"Başla" gənclər hərəkatı "ABŞ Xaqlar Tarixi"ni Azərbaycan dilində nəşr edib.

Kitabdan bir hissə:

"Bəli, hər birimizin qəhrəmanlara, heyran qalacağımız adamlara və insanlara necə yaşamalı olduqlarını göstərən nümunəvi şəxslərə ehtiyacımız var. Lakin mən Kolumbun Baham adalarındakı aborigenlərə qarşı vəhşicə hərəkətlərini gün işığına çıxardan Bartolome de Las Kasası qəhrəman olaraq görməyə üstünlük verirəm. Ana yurdlarından qovulmaqlarına müqavimət göstərən Çeroki hindularını qəhrəman olaraq görməyi üstün tuturam. Mənə görə Filippin adalarında yüzlərlə insan qətl edən Teodor Ruzvelti qınayan Mark Tven də qəhrəmandır. Prezident Vudro Vilsonun amerikalı gəncləri Birinci Dünya Müharibəsinə göndərməsini protest edən Helen Keller də mənə görə qəhrəmandır. Müharibəyə, irqçiliyə və iqtisadi ədalətsizliyə qarşı olan bir insan kimi bugün ABŞ-da qarşılaşdığımız vəziyyət keçmişdəkindən heç də fərqli deyil".

Bakıtab kitab mağazasından Hovard Zinnin kitabını və "Başla"nın digər kitablarını da əldə etmək olar (Əlövsət Quliyev küç. 72).

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG