Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:23

Hacıbala Abutalıbovun oğlundan tələb...


Arxiv fotosu
Arxiv fotosu
“2010-cu ilin mart ayında Yasamal rayonu, Şərifzadə küçəsi 34 ünvanında yerləşən obyekti Bakı şəhər icra hakimiyyətinin başçısı hacıbala Abutalıbovun oğlu İsrafildən icarəyə götürmüşəm. 2013-cü ilin martında əsassız, qanunsuz olaraq obyektdən çıxarıldım”.

Bunları AzadlıqRadiosunun “Qaynar xətt”inə sahibkar Valeh Mütəllibov danışır. Deyir, market kimi işlətdiyi obyektdən çıxarılması nəticəsində maddi zərərə düşüb:

"İŞLƏR YENİCƏ YOLUNA DÜŞÜRDÜ..."

“Biz hər il obyektin icarəsi üçün birillik müqavilə bağlamışıq. Abutalıbovun Oqtay adlı qardaşı oğlu və başqa yaxın qohumu Vüsal Cəfərov bildirmişdi ki, obyekti normal işlədə bilsəm, mənimlə uzunmüddətli müqavilə bağlanacaq. Bu illər ərzində marketdən gəlir götürməsəm də, icarə haqqını vaxtında ödəmişəm.
Obyektin gəlir gətirməməsinin səbəbi məndən əvvəl oranı işlədənlərin firmaları aldatması olub. Onlar ərzaq gətirən firmaların pulunu ödəmədiklərindən, firmalar marketə ərzaq verməkdən imtina etmişdi. Bu səbəbdən marketə ərzağı başqa yerdən gətirirdim. Bu da əlavə xərc idi, nəticədə gəlir əldə etmək çətinləşirdi. Marketi 2 il işlətdikdən sonra işlər yenicə normaya düşürdü, gəlir götürməyə başlayırdım. Vüsalla Oqtay bildirdilər ki, beş, yaxud on illik icarə müqaviləsi bağlaya bilərik”.

Sahibkarın deməsinə görə, müqavilə ilə tanış olub və bir bəndlə razılaşmayıb. Həmin bənd 3 ay əvvəldən xəbərdarlıq edilməklə icarəçinin obyektdən çıxarılması ilə bağlı olub:

“Onlar məni əmin etdilər ki, bu, formal bir işdir. Ancaq müqavilə bağlanandan 4 ay sonra obyekti boşaltmaq üçün xəbər göndərdilər. Etiraz etdim, bildirdim ki, zərərin içindəyəm, firmalara borcum var, üstəlik də, əlavə xərc çəkib market üçün avadanlıqlar almışam. Vəkilləri bildirdi ki, bu borcların onlara heç bir aidiyyəti yoxdur və buna görə mənə heç bir vəsait ödənilməyəcək. Dedilər ki, öz xoşumla obyekti tərk etməsəm, yaxınlıqdakı “lombard"ın sahibi kimi məni də bayıra atacaqlar. Mən də məcburən obyektdən çıxdım”.

Sahibkar məhz İsrafil Abuatlıbovun onu obyektdən məhrum etməsinə görə müflisləşdiyini, külli miqdarda borcu yarandığını deyir. O, İsrafil Abutalıbovu məhkəməyə də verib.

UDUZULMUŞ MƏHKƏMƏLƏR...

Abutalıbovun nümayəndələri məhkəmədə bildiriblər ki, Valeh Mütəllibovla müqavilənin şərtlərinə uyğun addım atılıb. İcarəçi icarədar tərəfindən müqavilədə nəzərdə tutulmuş müddətdə xəbərdarlıq olunub və müqavilə dayandırılıb.

Sahibkarın obyekt sahibinə qarşı iddiası təmin olunmayıb. Valeh Mütəllibov məhkəmə qətnaməsindən apellyasiya şikayəti verib.

Sahibkarın sözlərinə görə, İsrafil Abutalıbov tərəfindən hədələnməsi barədə atası Hacıbala Abutalıbova da yazaraq kömək istəyib. Ancaq nəticəsi olmayıb.

Həmin ərəfələrdə İsrafil Abutalıbov eyni ünvanda sahibkar Maqsud Mahmudova lombard kimi icarəyə verdiyi obyekti də eyni yolla – müqavilə başa çatmamış geri almışdı. Sahibkar obyekt sahibindən 35 min manat maddi zərərin ödənilməsini tələb edirdi. Ancaq bütün məhkəmələri uduzmuşdu.
XS
SM
MD
LG