Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:15
-

İyunun 8-də tanınmamış Cənubi Osetiyada «parlament seçkiləri» keçirilir.

MSK sədri Bella Pliyeva «İnterfaks»a bildirib ki, səsvermə pozuntusuz keçirilir, seçici fəallığı müşahidə olunur.

Seçki proporsional sistem üzrə keçirilir. Parlamentə 34 deputat beş il müddətinə seçiləcək.

İlkin rəsmi nəticələr axşam məntəqələr bağlandıqdan sonra elan olunacaq.

Seçkidə 10 siyasi partiya iştirak edir.


Yerli təhlükəsizlik xidməti bildirir ki, seçkiylə bağlı Gürcüstanla sərhəddə təhlükəsizlik tədbirləri gücləndirilib.

Cənubi Osetiya 2008-ci ildən bəri de-fakto Gürcüstandan ayrılıb. Rusiyanın burda hərbi qüvvələri var.

Günün bütün mövzuları

XS
SM
MD
LG