Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:05
-

İyunun 8-də Azərbaycanın orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər üçün ilk buraxılış imtahanları keçirilir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının məlumatına görə, IX və XI siniflər üçün ilk buraxılış imtahanı Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda aparılır. Bu gün qeyd olunan şəhərlərdə fəaliyyət göstərən məcburi köçkün rayonlarının orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər də imtahan verirlər. Eyni gündə Gəncə, Mingəçevir, Lənkəran, Quba, Qusar, Xaçmaz, Zaqatala, Balakən rayonlarının rus bölməsi şagirdləri üçün də buraxılış imtahanı keçirilir.

Bu imtahanlarda ümumilikdə 70706 şagirdin imtahan verəcəyi gözlənilir. Saat 10-da IX sinif şagirdləri, 15-də isə XI sinif şagirdləri öz biliklərini nümayiş etdirəcəklər.

Buraxılış imtahanı ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün -Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili fənni) və riyaziyyat fənləri üzrə keçirilir. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim edilir. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi yerinə yetirirlər. İmtahanın müddəti 2 saatdır. Test tapşırıqlarının yerinə yetirilməsinə 1 saat 30 dəqiqə, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılır.

Hər bir şagirdin test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumat onun imtahan verdiyi gündən etibarən 5 günədək müddətdə elan edilir. Şagirdlərin 5 ballıq şkala üzrə imtahan qiymətləri bütün respublikada buraxılış imtahanları başa çatdıqdan sonra 10 günədək müddətdə elan edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG