Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:08

Müsəlman Qardaşlığının 10 tərəfdarı ölümə məhkum edildi


Misirdə məhkəmə
Misirdə məhkəmə
-

Misir məhkəməsi Müsəlman Qardaşlığı təşkilatının 10 tərəfdarını nifrəti qızışdırmaq və yolu bağlamaq ittihamı ilə ən yüksək cəzaya məhkum edib.

Lakin məhkumlar şənbə günü elan edilən hökmü eşitməyiblər. Onların hərbçilərin rəhbərlik etdiyi hökumətin təqiblərindən gizləndiyi xəbər verilir.

Hazırda Misirdə Müsəlman Qardaşlığının 50 üzvünün məhkəməsi keçirilir. Müttəhimlər arasında qadağan olunmuş təşkilatın şura üzvü Abdul Rahman al-Barr da var.

O və Müsəlman Qardaşlığının başqa vəzifəli üzvlərinin mühakiməsi gələn ay olacaq.

MÜFTİNİN RƏYİ NƏZƏRƏ ALINMAYA DA BİLƏR

İttihamlar 2013-cü ildə ordunun prezident Mohamed Morsi-ni devirməsinin ardınca başlamış etiraz aksiyaları ilə əlaqədardır.

Ölüm hökmlərinə son instansiya olaraq Böyük Müfti baxır, lakin bu, formal prosedurdur və məhkəmə dini rəhbərin rəyini nəzərə almaya da bilər.
Mohamed Beltagy
Mohamed Beltagy
Hələlik islamçı hərəkatın liderlərindən Mohamed BadieMohamed El-Beltagy-nin, habelə Morsi hökuməti nazirlərinin işlərinə baxılmayıb.

Beltagy ilkin dinləmədə məhkəməni hərbi hökumətə qulluq etməkdə ittiham edirdi.

683 NƏFƏRƏ ÖLÜM CƏZASI

Mətbuat yazır ki, hələ ötən ilədək Misirin ən mütəşəkkil siyasi qüvvəsi olan Qardaşlıq tam məxfi fəaliyyətə keçib.

Misir həbsxanalarında olanların arasında çox sayda dünyəvi baxışlı fəallar da var.

Nyu Yorkda mənzillənmiş Jurnalistlərin Müdafiəsi Komitəsinin məlumatına görə, hazırda Misirdə 16 jurnalİst həbsxanadadır.

İnsan haqları təşkilatları bildirirlər ki, məhkəmələr yüzlərlə insanı kifayət qədər sübutlar olmadan müxtəlif cəzalara məhkum edir.

Ötən apreldə kütləvi mühakimələrdən birinə sədrlik edən hakim Minyə şəhərində polis məntəqəsinə basqında ittiham olunan 683 nəfər üçün ölüm cəzası istəyib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG