Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:33
Ukraynanin sabiq prezidenti Viktor Yanukovych Belarusa gəlsə heç kimin ixtiyarı yoxdur ki, onun qarşısını kəssin, Yanukovychin valideynlərinin kəndi oradadır. Bunu Kiyevdə jurnaslitlərlə söhbətində Belarus prezidenti Aleksander Lukashenka deyib və “mən sizə məsləhət görürəm, bütün umu-küsüləri unudub öz prezidentinizi geri qaytarasınız” – deyə əlavə edib.

“Krım Ukraynadır, yoxsa Rusiya?” sualından yayınmağa çalışan Belarus prezidenti jurnalistlərin təkidlərindən sonra “Ukrayna vahid və bölünməz olmalıdır, və vahid və bölünməz də olacaq” deyə cavab verib.

Belarus gözlənilmədən Ukrayna prezidentinin andiçmə mərasimində dövlət başçısı ilə təmsil olunan azsaylı ölkələRin sırasında göründü. Maydan və ardınca Krım hadisələrindən sonra Belarus lideri Rusiya ilə Ukrayna arasında münaqişədən məsafə saxlamağa çalışır.

Günün bütün mövzuları

XS
SM
MD
LG