Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:21

Məhkəmə «avtoş» avtobus sürücüsünə cəza kəsdi [Video]


-
Bakıda avtoxuliqanlıq edən avtobus sürücüsü həbs olunub.

Bu barədə Trend-ə Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən bildiriblər.

İdarədən deyiblər ki, 1988-ci il təvəllüdlü Bakı şəhər sakini Tural İbrahimov iyunun 1-də paytaxtın 8-ci km qəsəbəsində «Daewoo» markalı avtobusla avtoxuliqanlıq edib. Sürücü saxlanılıb.

İyunun 7-də Nizami rayon Məhkəməsi «avtoş» sürücü barəsində qərar qəbul edib. Məhkəmə Tural İbrahimovu bir il müddətinə sürücülük hüququndan məhrum etməklə 30 sutka həbslə cəzalandırıb.
XS
SM
MD
LG