Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:35

Bir ayda 8 nəfər dərmandan zəhərlənib


Dərmanlar
Dərmanlar
-
May ayı ərzində 8 nəfər dərmandan zəhərlənib.

ANS-in məlumatına görə, ilin əvvəlindən bu günə kimi dərman zəhərlənmələri ilə bağlı Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinə 48 nəfər müraciət edib.

Onların zəhərlənməsinin əsas səbəblərindən biri dərmanı yüksək dozada qəbul etmələri olub. Digər bir səbəb isə orqanizmin həssas olmasıdır. Zəhərlənmə hallarına 20-40 yaş arası insanlarda daha çox rast gəlinib.

Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinin müdiri Azər Maqsudov deyir ki, pasiyentlər xəstəxanaya gətirilən zaman onların vəziyyəti ağır olub. Amma edilən köməklikdən sonra onların səhhəti normallaşıb:

«Əgər özlərini dərmandan sonra pis hiss edərlərsə, həkimə müraciət etsinlər. Yoxsa bu allergik reaksiya yaradar və ölümlə nəticələnər».

Mayda Kliniki Tibbi Mərkəzə sirkə turşusu zəhərlənməsi ilə 2 nəfər müraciət edib ki, onlardan biri ölüb.
XS
SM
MD
LG