Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 13:02
-
Hüquq müdafiəçisi Vidadi İsgəndərli iyunun 6-da Daxili İşlər Nazirliyinə (DİN) dəvət olunub.

Bu haqda AzadlıqRadiosuna hüquq müdafiəçisinin özü məlumat verib:

«Məni DİN Baş İstintaq İdarəsində qəbul etdilər. Onlar evə zəng eləmişdilər ki, aclıq aksiyasına başlamayım və problemin həlli üçün nazirliyə dəvət etmişdilər. Mən də əlimdə olan təhdidlərlə bağlı materialları onlara təqdim etdim. 7 gün ərzində ya cinayət işi açılacaq, yaxud da xitam veriləcək. Bu, mənim üçün böyük nailiyyətdir. Mənə qarşı hədələrlə bağlı Göyçay rayon Polis İdarəsində xitam verilən işi təkrar nazirliyə qaytarılmasını istədilər. Məni hədələyənlərin arxasında nazirlər dayanır. Ona görə də Göyçay polisi bunu obyektiv araşdıra bilməzdi».

Vidadi İsgəndərli mayın 8-də ailə üzvlərinin və özünün hədələndiyini deyirdi. O, hədə ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət etsə də, nəticəsi olmadığını bildirirdi.

Vidadi İsgəndərli iyunun 4-də bildirmişdi ki, DİN onun müraciətinə baxmasa, aclıq aksiyasına başlayacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG