Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:49

Putin və Poroshenko Fransada qısa söhbət ediblər


Fransada Rusiya prezidenti Vladimir Putin Ukraynanıən yeni prezidenti seçilən Petro Poroshenko ilə qısa söhbət edib.

Söhbət 15 dəqiqə çəkib.

Adının çəkilməsini istəməyən Fransa rəsmisi deyib ki, Putin Poroshenkonun əlini sıxıb.

Kreml bildirib ki, Putin və Poroshenko Ukraynanın şərqində qanlı münaqişəyə tez bir zamanda son qoyulmasına çağırıblar.

İkinci dünya müharibəsində ikinci cəbhənin açılmasının 70 illiyi ilə əlaqədar şənliklərdə iştirak edən dünya liderləri birgə şəkil çəkdirəndən sonra Putin, Poroshenko və Almaniya kansleri Merkel birlikdə qısa söhbət ediblər. Bundan sonra dünya liderləri nahara yollanıblar.
XS
SM
MD
LG