Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:40

Rauf Mirqədirovun bəyanat səsləndirməsi iyunun 9-a qaldı


Rauf Mirqədirov
Rauf Mirqədirov
-
İyunun 6-da Nəsimi rayon Məhkəməsində həbsdə olan jurnalist Rauf Mirqədirovun şikayətinə baxılmalıydı. Şikayət notariusun Türkiyə vəkillərinə etibarnamə vermək üçün onun yanına buraxılmaması haqqında idi. Türkiyəli vəkillərin işə cəlb edilməsi zərurəti Rauf Mirqədirovun Ankaradan deportasiyası zamanı hüquqlarının pozulması ilə bağlı idi.

Ancaq Rauf Mirqədirov məhkəməyə gətirilmədiyindən müdafiə tərəfi məhkəmənin təxirə salınmasını istəyib.

Bu haqda AzadlıqRadiosuna vəkil Elman Süleymanov məlumat verib:

«Bildirdik ki, Rauf Mirqədirov bu məhkəmədə şəxsən iştirak etmək istəyir. Bu məhkəmədən sonra müəyyən bəyanat verəcəyinə görə hakimdən jurnalistin məhkəməyə gətirilməsini xahiş etdik. Baxmayaraq ki, prokurorluq onun məhkəmədə iştirakına lüzum olmadığını bildirirdi, məhkəmə bizim istəyimizi təmin etdi».

Məhkəmə prosesi iyunun 9-da davam edəcək.

Rauf Mirqədirov aprelin 19-da Türkiyədən deportasiya olunub. Bakıya gələn kimi həbs edilib. O, dövlətə xəyanətdə ittiham olunur. Özü ittihamları qəbul etmir.
XS
SM
MD
LG