Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:44
-
İyunun 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində bloqqer Ömər Məmmədovun növbəti məhkəməsi keçirilib. Məhkəmədən öncə Ömər Məmmədov AzadlıqRadiosunun müxbirinə bildirib ki, təcridxanada ona prezidentin adına əfv ərizəsi yazmaq təklif olunsa da, bundan imtina edib.

Prosesdə vəkil Xalid Bağırov Ömər Məmmədovun həbsdən öncə valideynləri ilə yazışmasının surətinin məhkəmə işinə əlavə olunması haqda vəsatətlə çıxış edib. Vəkil çıxışında həmin yazışmalarda Ömər Məmmədovun sifarişlə həbs olunduğunu sübut edən dəlillərin olduğunu bildirib.

Məhkəmə vəsatəti təmin etməyib.

Növbəti məhkəmə prosesi iyunun 13-ə təyin olunub.

Ömər Məmmədov yanvarın 24-də Bakıda saxlanıb. O, narkotik vasitə saxlamada ittiham olunur.

Bloqqerin təqsiri sübuta yetirilərsə, onu 5 ildən 12 ilədək həbs cəzası gözləyir.

Yaxınları hesab edir ki, 19 yaşlı bloqqerin saxlanması onun «Facebook»dakı fəaliyyəti ilə bağlıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG