Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:36

İyunun 6-da Bakı Apellyasiya Məhkəməsində həbsdə olan jurnalist Rauf Mirqədirovun apellyasiya şikayətinə baxılıb. Şikayət təmin olunmayıb.

Bu haqda AzadlıqRadiosuna vəkil Elmar Süleymanov məlumat verib.

Apellyasiya şikayəti Rauf Mirqədirovun ailə üzvləri ilə görüş hüququnun məhdudlaşdırılması ilə bağlı müstəntiqin qərarından verilmişdi.

Vəkil müstəntiqin qərarının saxta olması və xətşünaslıq ekspertizası keçirilməsi haqda vəsatət də verib. Vəsatət təmin olunmayıb.

İyunun 6-da Nəsimi rayon məhkəməsində Rauf Mirqədirovun daha bir məhkəməsi keçiriləcək. Müdafiə tərəfi müstəntiqin notariusun təcridxanaya dəvət olunması ilə bağlı qoyduğu qadağadan şikayət verib.

«Etibarnaməyə görə Türkiyədə vəkillər Rauf Mirqədirovun hüquqlarını müdafiə edəcəkmiş. Bu məhkəmədən sonra Rauf Mirqədirovun bəyanatı səslənəcək».

Vəkil bəyanatın məzmunu haqda məlumat verməyib.

Rauf Mirqədirov aprelin 19-da Türkiyədən deportasiya olunub. Bakıya gələn kimi həbs edilib. O dövlətə xəyanətdə ittiham olunur. Özü ittihamları qəbul etmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG