Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:24

İyun ayında orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçiriləcək.

İlk buraxılış imtahanı (IX və XI siniflər üçün) iyunun 8-də Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda olacaq. Həmin gün Gəncə, Mingəçevir, Lənkəran, Quba, Qusar, Xaçmaz, Zaqatala, Balakən şəhər və rayonlarının rus bölməsi şagirdləri üçün də buraxılış imtahanı keçiriləcək.

Bu haqda iyunun 6-da Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) keçirilən mətbuat konfransında komissiyanın sədri Məleykə Abbaszadə məlumat verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG