Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 06:47

Azərbaycan futbolsevərləri də Braziliya yolunu tutur


Foto: Arxiv
Foto: Arxiv
-
Dünya futbol çempionatını canlı izləmək üçün Braziliyaya gedən Azərbaycan azarkeşləri də az deyil.

Braziliyanın Azərbaycandakı səfirinin köməkçisi Səbinə Rzayeva AzadlıqRadiosuna deyib ki, saylarını deyə bilməsə də, bu futbol bayramına getməkdən ötrü səfirliyə müraciət edənlərin sayı yetərincə çoxdur:

«Sayını deyə bilmərik, çünki indi yeni sənədlər də götürülür. Sənəd qəbulu müraciətlər əsasən, bu ildən başlayıb və davam edir. Futbola baxmağa gedənlərin sayı turist kimi gedənlərdən daha çoxdur. Əsasən, 5 günlüyə, bir həftəliyə və ya on günlüyə gedirlər. Final oyunlarını canlı izləmək üçün də müraciətlər var».

Dünya çempionatı iyunun 12-də San-Pauloda başlanacaq. Mundialda 32 komanda, hərəsində dörd iştirakçı olmaqla 8 qrupda yarışacaq. Final oyunu iyulun 13-də Rio de Janeyrodakı məşhur Marakana stadionunda keçiriləcək.
XS
SM
MD
LG