Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:38

İyunun 6-da dünya liderləri Fransaya, Normandiyaya D-Day mərasimini – Hitler Almaniyasına qarşı ikinci cəbhənin açılmasının 70 illiyini qeyd etməyə toplaşır. Tədbirə Rusiya, ABŞ, Fransa, Almaniya, Britaniya və Kanada liderləri qatıldığından, Ukrayna böhranındakı gərginliyin əriyəcəyinə ümid yaranıb.

Məlumatlara görə, Fransa prezidenti Francois Hollande Putinin Ukraynanın yeni seçilmiş prezidenti Petro Poroshenko-nun əlini sıxmasına çalışacaq. Bu, gərginliyin azaldılmasında ilk addım ola bilər.

İyunun 5-də, Böyük Yeddilik Putinə xəbərdarlıq edib ki, Rusiya Ukraynanın şərqində sabitliyin pozulmasına son qoymasa, iqtisadiyyatının bütün sahələrinə genişləndirilmiş sanksiyalar tətbiq oluna bilər. G7 bildirib ki, Putin Poroshenko-nu Ukraynanın yeni prezidenti kimi tanımalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG