Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:38

William Hague: Assad-ın yenidən seçilməsi Suriyaya təhqirdir


Suriya prezidenti Bashar al-Assad Dəməşqdə xanımı ilə birlikdə səs verərəkən. 3 iyun 2014

Suriya prezidenti Bashar al-Assad Dəməşqdə xanımı ilə birlikdə səs verərəkən. 3 iyun 2014

Britaniya bəyan edib ki, Suriyada prezident seçkilərində Bashar al-Assad-in qalib gəlməsi “diktaturanın saxlanmasına xidmət edir”.

Nə seçkidən əvvəl legitim olub, nə də sonra

Britaniyanın xarici işlər naziri William Hague deyib ki, Assad-in nə seçkidən əvvəl legitimliyi olub, nə də seçkidən sonra olacaq.

Suriyada keçirilən prezident seçkilərində 2000-ci ildə hakimiyyətdə atasını əvəz etmiş Assad rəsmi məlumatlara görə səslərin 88,7 faizini əldə edib.

William Hague deyib ki, Suriyada keçirilmiş seçkinin əsl demokratiya ilə heç bir əlaqəsi yoxdur.

O bildirib ki, bu seçki vətəndaş müharibəsinin getdiyi, milyonlarla insanların didərgin düşdüyü və ən elementar yardıma ehtiyacı olduğu bir vaxtda keçirilib.

Assad-in məramı öz xalqını öldürməkdir

“Belə bir şəraitdə seçki keçirilməsi yalnız diktaturanı qoruyub saxlamağa xidmət edir, azadlıq və əsl siyasi dəyişiklik istəyən suriyalılara təhqidir” – deyib Britaniyanın xarici işlər naziri.

Cənab Hague bildirib ki, Assad-ın heç bir sülh, sabitlik və yenidənqurma planı yoxdur.

“Onun yeganə məramı öz xalqını qətlə yetirmək və ya acından öldürmək, bütöv şəhərləri dağıdıb milyonlarla insan didərgin salmaqdır” – deyə bildirib William Hague.

Britaniya xarici işlər nazirinin qənaətinə görə, Assad-ın hakimiyyətdə qalması Suriyanın daha da parçalanmış və daha da məzlum vəziyyətə düşməsinə səbəb olacaq.

O deyib ki, Assad-ın bu münaqişənın başlandığı 2011-ci ildən seçimi olub. O BMT ilə əməkdaşlıq etməli, müxalifətlə razılaşdırılmış keçid hökuməti istiqamətində işləməli idi.
Cənab Hague bəyan edib ki, Britaniya Suriyada əsl siyasi sabitləşməni dəstəkləyir və bu məqsədlə mötədil müxalifətə yardım göstərməkdə davam edir.

İyunun 3-də Bashar al-Assad üçüncü dəfə yeddi illiyə Suriya prezidenti seçilib. İyunun 4-də parlamentin spikeri bildirib ki, Assad asanlıqla iki rəqibini üstələyərək, səslərin təxminən 89 faizini toplayıb.

Seçki ancaq Assad-ə sadiq qüvvələrin nəzarətində olan ərazilərdə keçirilib.

Analitiklərin fikrincə, Assad-in qələbəsi onun hakimiyyətini gücləndirməklə yanaşı, prezidentlikdən getmək niyyətinin olmadığını bir daha sübut edir.

Üç ilə yaxındır Suriyada vətəndaş müharibəsi gedir, bu müddət ərzində 160 mindən çox adam ölüb, milyonlarla adam didərgin düşüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG