Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:29
-
Politoloq Eldar Namazov Baş Prokurorluqda ifadə verib.

Bu haqda AzadlıqRadiosuna Eldar Namazovun özü bildirib:

«Mənim özümə də təəccüblü gəldi ki, məni niyə çağırıblar. Dedilər ki, Ermənistana səfərlərlə bağlıdır. Sonradan aydın oldu ki, mən, ümumiyyətlə, heç vaxt Ermənistana səfər etməmişəm. Bundan sonra söhbətin mövzusu bir az daraldı. Təxminən iki saata yaxın ifadə verdim. Rauf Mirqədirov, Leyla Yunusla bağlı suallar verildi və mən də bu suallarla bağlı öz mövqeyimi açıqladım».

Jurnalist Rauf Mirqədirov aprelin 19-da Ankaradan deportasiya edilərək həbs olunub. O, dövlətə xəyanətdə ittiham olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG