Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:55

Avropa Mərkəzi Bankı faizləri aşağı saldı, avronu ucuzlaşdırdı


Avropanın Mərkəzi Bankı avrozonada deflyasiyaya yol verməmək üçün 2 əsas bank faizini aşağı salıb. Başqa sözlə, avronu ucuzlaşdırdı.

Depozit faizi ilk dəfə olaraq mənfiyə düşüb: - 0,1 faiz. Bu o deməkdir ki, bank pulu saxlamaqdansa, borc verməyə daha meyilli olacaq.

Mərkəzi bank bununla bankları kredit verməyə məcbur edir. Çünki Mərkəzi Bankın fikrincə, iqtisadiyyata kredit qoyuluşu zəifdir. Bu da Avrozonanın onsuz da zəif olan iqtisadi artımına təhlükədir.

Avrozonada iqtisadi artım cəmi 0,2 faizdir. İnflyasiya isə keçən ay 0,5 faizə düşüb. İşsizlik yüksəkdir - 12 faiz. Avropa Mərkəzi Bankı avrozonada Yaponiyadakı kimi deflyasiyadan ehtiyat edir.

Mərkəzi Bankın iyunun 5-dəki qərarından dərhal sonra 1 avro 1 ABŞ dollarına nisbətdə 1 faiz ucuzlaşdı və 1 avro 1,35 dollara düşdü.
XS
SM
MD
LG