Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 23:58

Məhkəmə Müsavatın şikayətini rədd etdi


İyunun 5-də 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsi Müsavat Partiyasının Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) qarşı qaldırdığı iddianı təmin etməyib.

Bu barədə AzadlıqRadiosuna məlumat verən Müsavat başqanının müavini Gülağa Aslanlı qərarla bağlı apellyasiya şikayəti verəcəklərini bildirib:

«Fevral ayında Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişdik ki, qurultay keçirmək üçün bizə yer ayırsın. Qanunda nəzərdə tutulan müddətə cavab gəlmədiyindən icra hakimiyyətini məhkəməyə vermişdik. Məhkəmə onların xeyrinə qərar çıxardı. Bu qərardan apellyasiya şikayəti verəcəyik»

Günün bütün mövzuları

XS
SM
MD
LG