Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:19
-
Böyük Azərbaycan bəstəkarı Qara Qarayevin (1918-1982) vəfatının 32-ci ildönümü ilə əlaqədar Birləşmiş Ştatlarda «QaraBağ: ZulfiqaRenatuS» diski buraxılıb.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, saksafonçu Zülfüqar Bağırovun və portuqaliyalı pianoçu Renato Dizanın müasir üslubda ifasının toplandığı disk Vaşinqtonda yerləşən «Qarabağ» Fondunun sponsorluğu ilə işıq üzü görüb.

Zülfüqar Bağırov bəstəkar Qara QarayevZakir Bağırovun nəvəsidir.

«Qarabağ» Fondunun məlumatına görə, Z. Bağırov və R. Diza klassik Azərbaycan musiqisini dinləyicilərə tamamilə yeni ampluada - caz və digər musiqi üslublarının sintezi şəklində təqdim ediblər.

Xəbərdə bildirilir ki, «QaraBağ: ZulfiqaRenatuS» diskini əldə etmək üçün «link»ə daxil olmaq lazımdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG