Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:34

Baş Prokurorluq külli miqdarda dələduzluq faktı ilə bağlı məlumat yayıb.

Qurumun mətbuat xidmətindən AzadlıqRadiosun bildirilib ki, aldatma yolu ilə özgə malını ələ keçirmə və digər qanunsuzluqlara yol verdiyinə görə, əvvəllər də məhkum olunmuş Lerik rayon sakini Əlican Səfərov haqqında cinayət işi başlanıb:

«Əlican Səfərovun «Polymer-Trade LTD» şirkətinin adından saxta sifariş məktubları hazırlayıb istifadə edərək 86 ton yüksək təzyiqli polietilenin, həmçinin həmin şirkətin səlahiyyətli nümayəndəsi olması barədə saxta sənəddən istifadə edib.

O, «Azərikimya» İstehsalat Birliyi ilə müqavilə bağlayaraq hazırladığı saxta sifariş məktubları əsasında 129 ton yüksək təzyiqli polietileni xaricdə fəaliyyət göstərən şirkətlərə göndərib. Həmin məhsulu sataraq özgənin 178 min manat məbləğində külli miqdarda əmlakını ələ keçirərək dələduzluq etməsində şübhəli bilinir».

Əlican Səfərova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq), 320.1 (rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama və saxta sənədlərdən istifadə etmə) və 320.2-ci maddələri ilə cinayət işi açılıb. O, məhkəmənin qərarı ilə həbs olunub.

Hazırda istintaq davam etdirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG