Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:51
Rusiyanın Federal Təhlıükəsizlik Xidməti FSB-nin 3 keçmiş zabiti 1 il 2 aydan 3 il yarımadək azadlıqdan məhrum edilib. . Onlar məşhur Gutenberg Bibliyasının çox nadir nüsxələrini oğurlamaqda günahkar bilinib.

Sergey Vedishev, Mikhail Lepkov və Viktor Puchka 2009-cu ildə Moskva Dövlət Universitetindən Bibliyanın 2 cildlik tam nüsxəsini oğurlayıb, 40 milyon rubla, yəni təxminən 1 milyon 140 min dollara satmaq istəyiblər.

Gutenberg Bibliyası 1450-ci illərdə çap olunub. Bu, Qərbdə birinci çap olunan böyük kitabdır.

180 orijinal nüsxədən bu günə gəlib-çıxan tam nüsxələrin sayı cəmi 21-dir.
Bu 21 tam nüsxə 8 ölkədədir.

Gutenberg Bibliyasının 2 nüsxəsini Sovet qoşunları 2-ci dünya müharibəsi vaxtı Almaniyadan gətiriblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG