Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:45

İsmayıllı rayonunda sürüşmə baş verib



İsmayıllı rayonunun Zərvanə kəndində güclü sürüşmə baş verib. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) APA-ya verilən məlumata görə, sürüşməyə səbəb mayın 28-də və 29-da İsmayıllı rayonuna yağan leysan olub. Sürüşmə kəndin giriş yolunda baş verib.

Məlumata görə, sürüşmənin eni 350-400, uzunluğu 500 metr olub. Sürüşmə nəticəsində kəndə giriş yolu 8-10 metr qırılaraq aşağı düşüb.

Kəndə giriş yolu tamamilə sıradan çıxıb və bağlanıb. Mayın 29-dan bu günədək həmin sürüşmə sahəsində aktivləşmə müşahidə olunur.

İyunun 4-dən etibarən sürüşmə ərazisindən piyadan keçidi də mümkün olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG