Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:35

Kazimirov: "Qarabağ müharibəsində yeni cəbhə" - Mətbuat icmalı


Vladimir Kazimirov
Vladimir Kazimirov
-
Vaxtilə Qarabağ münaqişəsində Rusiyadan vasitəçi olan Kazimirov "yeni cəbhə" deyəndə nəyi nəzərdə tutur? Qərb Rusiya qarşısında azadlığı, deyəsən, müdafiə etmək fikrində deyil. ABŞ zəifləyib, yoxsa xarici siyasəti zəifdir?

Dünya mediası bu gün nədən yazır?


QARABAĞ MÜHARİBƏSİNDƏ YENİ CƏBHƏ

1992-1996-cı illərdə Minsk qrupunun Rusiyadan həmsədri olan Vladimir Kazimirov “Nezavisimaya Qazeta” da yazır ki, Qarabağ müharibəsində yeni cəbhə açılıb.

Kazimirov əvvəla xatırladır ki, mayın 12-də atəşkəsin 20 ili tamam oldu. Bunu hətta İngiltərədə qeyd etdilər. Ən az isə Azərbaycanda qeyd olundu. Kazimirov yazır:

“1991-1994-cü illər Qarabağ müharibəsini uduzan rəsmi Bakı cəbhədə minlərlə insanın həyatının xilas olunduğunu qiymətləndirməyə meyilli deyil. O,yəni Bakı, atəşkəsin müddətsiz olduğunu etiraf etmək istəmir və hərdən deyir ki, müharibə qurtarmayıb, onun yalnız birinci mərhələsi qurtarıb”.

Bu girişdən sonra Kazimirov yazır ki, atəşkəsin 20 illiyi ərəfəsində Bakı ikinci cəbhə açıb: daxili cəbhə. Rəsmi Bakının zor gücünə problemi həll etməsi ilə tam 100 faiz razı olmayan və hətta “xalq diplomatiyası”na yuvarlanan – ermənilərlə birbaşa təmasda olan tanınmış şəxsləri rəsmi Bakı “təmizləyir”.

Kazimirov yazır ki, Rauf Mirəqdirovun həbsində, Leyla Yunus və Arif Yunusun saxlanmasında əsas məsələ bu şəxslərin nə günah işlətməsi deyil. Zərbənin hədəfi - çox mürəkkəb münaqişədə müstəqil fikrin kökünü kəsməkdir.

Kazimirov yazır ki, indi repressiya olunanların hər biri ilə onun da vaxtilə mübahisələri olurdu, məsələn Rauf Mirqədirovun məqalələrində məsələn, Rusiya əleyhinə fikirlər olurdu.

Ancaq indi məsələ bunda deyil. Cənubi Qafqazda Qarabağ kimi ciddi münaqişənin həllində vacib kanalı – “xalq diplomatiyas”nı bağlamaq istəyirlər.

Kazimirov hesab edir ki, iki xalq arasında birbaşa təmaslar, xüsusilə ziyalılar, jurnalistlər , politoloqlar arasında ünsiyyət indi çox zəruridir.

QƏRB, DEYƏSƏN, AZADLIĞI MÜDAFİƏ ETMƏK İSTƏMİR

Washington Post qəzeti redaksiya məqaləsində narazılıq edir ki, Qərb Rusiya qarşısında azadlığı müdafiə etmək istəyinin olmadığını göstərir.

NATO komandanı, general Breedlove deyir ki, Ukraynada “yaraqlılar çox yaxşı idarə olunur, çox yaxşı maliyyələşir və çox yaxşı təşkil olunub.” Qəzet əlavə edir ki, Rusiya tərəfindən idarə olunur, maliyyələşir və təşkil olunur.

Qəzet hesab edir ki, Putin Ukraynanın sabitliyini pozmaq strategiyasından əl çəkən deyil. Qərbin sönük reaksiyasını görəndə o, başqa nə etməlidir?

ABŞ ZƏİFLƏYİBMİ?

Washington Post qəzeti digər məqaləsində yazır ki, ABŞ-ın zəifləməsi və gücdən düşməsi haqda son vaxtlar deyilən fikirlərin əsası yoxdur.

1964-cü ildə İkinci cəbhənin açılmasının 20-ci ildönümü şənliklərinə gələn ABŞ prezidenti Eisenhowerdən müharibə dövrünün ali komandanı kimi hərbi qəhrəmanlıq çıxışı gözləyirdilər. Ancaq o, ABŞ əsgərlərinin qəbristanlığına getdi və dedi ki, “biz bu dünyaya sülh gətirməyin yolunu tapmalıyıq”.

İndi İkinci cəbhənin açılmağının 70-ci ildönümündə suallar çıxır ki, ABŞ zəifləyibmi? Qəzet hesab edir ki, bu sual ABŞ-da hamını həmişə narahat edib.

Ancaq hazırda iki məsələni qarışdırırlar. ABŞ-ın gücü olduğu kimi qalır, sadəcə olaraq xarici siyasət zəif aparılır. Suriya və Rusiyaya münasibətdə, məsələn, möhkəm mövqe nümayiş olunmadı.

Qəzet Economist jurnalının sualını çox səciyyəvi hesab edir: “Nəyin uğrunda ABŞ həqiqətən vuruşardı? “

Qəzet hesab edir ki, güclü ABŞ beynəlxalq amildir. Bu, qlobal təhlükəsizlik üçün çox əhəmiyyətlidir.

KORRUPSİYADAN DANIŞSINLAR

Wall Street Journal qəzeti hesab edir ki, G7 Sammiti dünya iqtisadiyyatını və siyasətini yeyən “real xərçəng xəstəliyinə” diqqət yetirməlidir: bu da korrupsyadır.
Dünyaya sabitlik gətirmək istəyirlərsə, korrupsiya ilə mübarizəyə qalxsınlar.

HƏRBİ VƏZİYYƏT

Ukrayna ölkənin şərqində hərbi vəziyyət elan etməyi düşünür. Buna səbəb iki bazanın ordunun əlindən getməsidir.

Wall Street Journal qəzeti Ukrayna hərbi vəziyyət elan etməklə, həm mülki əhalinin burdan çıxarılmasına , həm də ordunun hücumuna şərait yaratmaq istəyir. Ukraynanın Milli Təhlükəsizlik və

Müdafiə Şurasının katibinin müavini Viktoria Siumar deyir: “Bu, əsil müharibədir. Biz reallıqda baş verənin qanuni statusunu müəyyən edirik”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG