Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:33
İyun 5-də Bakı Apellyasiya Məhkəməsi həbsdə olan jurnalist Rauf Mirqədirovun şikayətinə baxıb. Rauf Mirqədirovun Səbail Rayon Məhkəməsinin qərarının ləğv olunması ilə bağlı şikayəti təmin olunmayıb.

Rauf Mirqədirova ailə üzvləri ilə görüşə, telefon əlaqəsi yaradılmasına və istədiyi qəzetləri almasına qadağa qoyulub. O, həmin qərardan Səbail Rayon Məhkəməsinə şikayət etmişdi. Məhkəmə Rauf Mirqədirovun şikayətini icraata götürməmək haqqında qərar çıxarmışdı.

Vəkil Elmar Süleymanov çıxarılan qərarları qanunsuz sayır:

«Bu qadağa Rauf Mirqədirova müstəntiq tərəfindən yalnız mayın 7-də tətbiq olunub. O isə ailə üzvləri ilə görüşmək üçün aprelin 25-dən müraciət edib. Biz məhz həmin müddətdə görüş verilməməsi ilə bağlı məhkəməyə şikayət etmişdik. Məhkəmə şikayəti qəbul etmədi, biz də apellyasiya şikayəti verdik. Apellyasiya məhkəməsi bizə izah etmədi ki, nəyə görə şikayətimiz təmin olunmadı».

2010-cu ilin avqustundan Türkiyədə yaşayan «Ayna»-«Zerkalo» qəzetlərinin şərhçisi Rauf Mirqədirov aprelin 19-da Türkiyədən çıxarılıb və elə həmin gün də Bakıda həbs olunub. «Dövlətə xəyanət»də ittiham olunan jurnalistə 3 aylıq həbs cəzası verilib. Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılan jurnalist ittihamları əsassız sayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG