Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 15:25

Putin Hillary-nin nasist müqayisəsinə cavab verir


-

Rusiya prezidenti Vladimir Putin keçmiş ABŞ Dövlət Katibi Hillary Clinton-un onun Krımdakı hərəkətlərini Hitlerin nasist Almaniyasındakı hərəkətləri ilə müqayisə etməsinə cavab verib:

«Qadınlarla mübahisə etməmək yaxşıdır», Putin Fransanın «Europe 1» radiostansiyasına iyunun 4-də bildirib.

«Ancaq xanım Clinton bəyanatlarında bu qədər kəskin olmayıb». O, əlavə edib ki, görüş zamanı «səmimi söhbət» aparıblar. Putin deyib:

«İnsanlar sərhədləri çox aşanda, bu, onların güclü olmasından deyil, zəifliyindən irəli gəlir. Ancaq ola bilsin zəiflik qadın üçün ən pis keyfiyyət deyil».

Clinton Demokratların 2016-cı il prezident seçkisində aparıcı namizədi olsa da, özü hələ buna qərar verməyib. O, həmin müqayisəni martın 4-də Kaliforniyada bir tədbirdə aparıb.
XS
SM
MD
LG