Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:25

Obama Moskvanın «qaranlıq taktikası»nı pislədi


Barack Obama
Barack Obama
-
Ukrayna məsələsi «G7»nin – «Böyük 7»lərin Brüssel sammitində gündəmin başlıca mövzusudur.

Krımı ilhaq etməsinin ardınca Rusiya «G8» qrupundan çıxarılandan sonra bu, «Böyük 7»lərin Moskvasız keçirilən ilk görüşüdür.

«Böyük 7»lər Rusiya Ukraynanın daxili işlərinə qarışdıqca onun üzərinə yeni sanksiyalar qoyulacağı barədə bəyanat verib.

Sammitin ilk rəsmi şam yeməyindən əvvəl ABŞ prezidenti Barack Obama Polşadakı çıxışında Moskvanın Ukrayna böhranındakı rolunu «qaranlıq taktika» adlandırıb.

İndi cənab Obama Avropaya üçgünlük rəsmi səfərini davam etdirir. Səfər iyunun 6-da, İkinci Dünya Müharibəsində Fransaya desant çıxarılmasının 70-ci ildönümü münasibətilə keçiriləcək mərasimdə ABŞ prezidentinin iştirakı ilə başa çatacaq.

Mərasimə Rusiya prezidenti Vladimir Putin də qatılacaq. Təşkilatçılar ABŞ və Rusiya liderlərinin görüşünün nəzərdə tutulmadığını bildirsələr də, Barack Obama belə bir görüşü istisna etmədiyini söyləyib. Öz növbəsində Vladimir Putin də dialoqun əleyhinə olmadığını açıqlayıb.

RUSİYAYA YENİ SANKSİYALAR QOYULA BİLƏR

«G7» qrupunun çərşənbə günü yaydığı bəyanatda bildirilir ki, hadisələr indiki axarında gedərsə, Moskva yeni məhdudlaşdırıcı sanksiyalarla üzləşəcək.
Angela Merkel
Angela Merkel

Almaniya kansleri Angela Merkel jurnalistlərə deyib ki, «Ukraynada qeyri-sabitliyin bundan sonra da davam etməsinə dözə bilmərik».

Britaniya baş naziri David Cameron hələ sammit ərəfəsində «G7»nin liderlərini Ukraynaya açıq dəstək verməyə və Rusiyanı böhranın diplomatik yolla həllinə dəvət etməyə çağırmışdı.

Çərşənbə günü Brüsseldə açılmış sammitin daha öncə Rusiyada – Soçidə keçirilmıəsi planlaşdırılmışdı.

Brüsselə getməzdən əvvəl Polşada kommunizmin çöküşünün 25 illiyinə həsr olunmuş tədbirdə söz alan ABŞ prezidenti Polşa demokratiyasını qonşu Ukraynaya örnək adlandırıb.

OBAMA UKRAYNAYA HƏRBİ YARDIM SÖZÜ VERİR

Barack Obama Ukraynanın yeni prezidenti Petro Poroshenko ilə də görüş keçirərək, bu ölkədə sülhün bərqərar edilməsinə Vaşinqtonun dəstəyini vəd edib.

Cənab Obama Poroshenko-nu «müdrik seçim» adlandırıb və deyib ki, dünya birliyi Ukraynanın arxasında dayanarsa, bu ölkə çiçəklənən canlı demokratiya diyarına çevrilə bilər.

O bu görüş zamanı Rusiyanın şərqi Ukraynaya «təcavüzünü» də pisləyib:

«Biz necə yol verə bilərik ki, 20-ci əsrin qaranlıq taktikası 21-ci əsrin taleyini müəyyənləşdirsin?».

Cənab Obama Ukraynaya zirehli geyim və gecə durbinləri daxil, 5 milyon dollar dəyərində hərbi yardım vəd edib. Petro Poroshenko Kiyevdə iyunun 7-də keçiriləcək inaqurasiyadan əvvəl Fransada keçirilən xatirə mərasiminə qatılacaq. Ukrayna prezidenti həmin mərasim əsnasında Vladimir Putin-lə görüş ehtimalını istisna etməyib.

PUTİN POROSHENKO-NU SEPARATÇILIĞA ÇAĞIRIB

Vladimir Putin Fransa televiziyasına müsahibəsində deyib ki, «heç kimlə görüşdən qaçmaq niyyətində deyiləm, amma Poroshenko Ukraynanın şərtqindəki qüvvələrlə dialoq barədə ciddi düşünməlidir».

O, Poroshenkonun əlinə misilsiz imkan düşdüyünü də vurğulayıb:

«Onun əlləri, hələlik, qana batmayıb. O, hələ də bu divantutma əməliyyatını dayandıra, ölkəsinin cənubunda və şərqində yaşayan vətəndaşları ilə birbaşa dialoqa başlaya bilər».

UKRAYNANIN ÖZÜNDƏ

Ukraynanın özündə isə separatçıların Luqansk vilayətində iki hərbi bazanı ələ keçirdikləri xəbər verilib.

Məlumatlarda bildirlir ki, qiyamçılar bir neçə gün sürən qızğın döyüşlərdən sonra Ukrayna sərhəd qoşunlarının və Milli Qvardiyanın bazalarını zəbt ediblər.

Donetsk vilayətinin Krasnı Liman və Slavyansk rayonlarında döyüşlər ara vermir. Ukrayna hərbçiləri qiyamçıların getdikcə sıxlaşan blokadanı yarmağa çalışdığını bildirirlər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG