Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:31

Bakıda iki avtobus toqquşub, 12 nəfər xəsarət alıb


Arxiv foto
Arxiv foto
-

İyunun 5-də səhər Bakıda iki sərnişin avtobusunun toqquşması nəticəsində 12 nəfər xəsarət alıb.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova APA-ya açıqlamasında deyib ki, Qara Qarayev metrosunun yaxınlığında baş verən qəzaya 8 təcili yardım briqadası göndərilib.

Ərazidə 1 və 36 saylı marşrut avtobusları toqquşub. Xəsarət alan 12 nəfərdən 2-nə yerindəcə ilkin tibbi yardım göstərilib. Digər 10 nəfər isə xəstəxanalara yerləşdirilib. Xəstəxanaya yerləşdirilənlərdən 8-i kişi, 2-si isə qadındır.

Xəsarət alanların 8 nəfəri 3 saylı şəhər klinik xəstəxanası, 2 nəfər-ana və oğulun isə alt-üst çənə sınıqları olduğu üçün Kliniki Tibbi Mərkəzə çatdırılıb.
XS
SM
MD
LG