Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:45

İlham Əliyev AŞPA-nın yay sessiyasında çıxış edəcək


-

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) iyunun 23-27-də Strasburqda keçiriləcək yay sessiyasının gündəliyi bəlli olub. APA-nın AŞPA-nın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, sessiyanın ilk günündə Azərbaycanın xarici işlər naziri, Avropa Şurası Nazirlər Komitəsinin sədri Elmar Məmmədyarov çıxış edəcək. Daha sonra o, parlamentarların suallarını cavablandıracaq.

Həmin gün qurumun Bürosu və Daimi Komitəsinin fəaliyyəti haqda tərəqqi hesabatı dinləniləcək, Makedoniya və Ukraynada keçirilmiş seçkilərlə bağlı müzakirələr olacaq.

İyunun 25-də Azərbaycan prezidenti İlham Əliyev sessiyada çıxış edəcək.

Sessiya zamanı Avropa Şurası baş katibi vəzifəsinə seçki keçiriləcək və Avropa İnsan Haqları Məhkəməsinə yeni hakimlər seçiləcək.

Bundan əlavə, sessiyada Avropa İnsan Haqları Məhkəməsinin müstəqilliyinin möhkəmləndirilməsi, yuvenal ədliyyə və bir sıra digər mövzular üzrə debatlar keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG