Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 22:43

NATO rəhbəri: «Rusiya Gürcüstanın Qərbə yönəlməsinə hörmət etməlidir»


Anders Fogh Rasmussen
Anders Fogh Rasmussen
-

NATO baş katibi Anders Fogh Rasmussen deyir ki, Rusiya Gürcüstanın NATO və AB ilə daha geniş inteqrasiya qərarını qəbul etməlidir.

«Gürcüstan xalqı Avropa Birliyi və NATO üzvlüyünə aparan yolu seçib. Bu, onların suveren hüququdur. Buna hörmət edirik. Rusiya da belə davranmalıdır», Rasmussen iyunun 4-də Brüsseldə NATO müdafiə nazirlərinin iki günlük samiti çərçivəsində jurnalistlərə danışıb.

Öncə NATO-Gürcüstan Komissiyası görüşüb və Rusiyanın Krımı «qanunsuz ilhaqını» müzakirə edib.

Görüşdə rəsmilər Gürcüstanın NATO-ya üzvlüyünə dair fəaliyyət planını müzakirə etməyib. Rasmussen Gürcüstan ordusundakı islahatları alqışlayıb və deyib ki, bu, lazımi kriteriyaya uyğun gələrsə, Tbilisi NATO-ya üzv olacaq.

Rasmussen-in sözlərinə görə, bu ayın sonunda xarici işlər nazirləri quruma üzv olmaq istəyən Gürcüstan və digər üzvlərə dair irəliləyiş hesabatlarına baxacaq.
XS
SM
MD
LG