Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:23

G7 Rusiyaya daha sərt sanksiyalara açıqdır


-

Böyük Yeddilik (G7) deyir ki, Ukraynanın şərqində iğtişaşlar nəzarətə alınmasa, Rusiyaya daha sərt sanksiyalara hazırdırlar. G7 liderləri Brüsseldə işçi nahardan sonra yazılı bəyanatla çıxış ediblər. Almaniyanın kansleri Angela Merkel deyib ki, Qərb Şərqi Ukraynada sabitliyin yaranmasında irəliləyişin olub-olmadığını dönə-dönə yoxlamalıdır. Həmin ərazidə hökumət qüvvələri ilə separatçılar döyüşür.

G7 liderləri Ukraynaya siyasi dəstəyi və Rusiyaya potensial sanksiyaları müzakirə ediblər.

Öncə sammit Rusiyanın Soçi şəhərində keçiriləcəkdi. Ancaq G7 liderləri tədbiri Brüsselə keçirib və Rusiyanın Krımı anneksiya etməsinə cəza olaraq Moskvanı dəvət etməyib.
XS
SM
MD
LG