Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:28

Kanadada 3 polis öldürülüb


-

Kanadanın şərqində atışma zamanı 3 polis əməkdaşı öldürülüb, ikisi yaralanıb. Polis bildirir ki, hadisə ötən gecə Yeni Brunsvik vilayətində qeydə alınıb. Onlara kamuflyaj geyinən bir nəfərin silah daşıdığına dair məlumat daxil olub, bu çağırışa gedən polislərlə silahlı şəxs arasında atışma olub. Polis hazırda 24 yaşlı şübhəli Justin Bourque-u axtarır.

Hadisənin baş verdiyi Monctonda polis sakinlərə evlərində qalmağı və qapılarını bağlamağı tapşırıb.

Sonuncu dəfə Kanada polisinin kütləvi qətli 2005-ci ildə Alberta vilayətində baş verib, həmin vaxt 4 polis əməkdaşı öldürülmüşdü.
XS
SM
MD
LG