Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:07
-

Bashar al-Assad üçüncü dəfə yeddi illiyə Suriya prezidenti seçilib. İyunun 4-də parlamentin spikeri bildirib ki, Assad asanlıqla iki rəqibini üstələyərək, səslərin təxminən 89 faizini toplayıb.

İyunun 3-də prezident seçkisi ancaq Assad-ə sadiq qüvvələrin nəzarətində olan ərazilərdə keçirilib.

Suriya müxalifəti vətəndaş müharibəsi gedən ölkədə bu şəkildə seçki keçirilməsini pisləyib, Qərb dövlətləri, o cümlədən ABŞ da seçkini «biabırçılıq» adlandırıb.

Livana səfəri zamanı ABŞ Dövlət katibi John Kerry bildirib ki, seçki Suriyada heç nəyi dəyişməyib:

«Münaqişə də, terror da, qətllər də eynidir».

Analitiklərin fikrincə, Assad-in qələbəsi onun hakimiyyətini gücləndirməklə yanaşı, prezidentlikdən getmək niyyətinin olmadığını bir daha sübut edir.

Üç ilə yaxındır Suriyada vətəndaş müharibəsi gedir, bu müddət ərzində 160 mindən çox adam ölüb, milyonlarla adam didərgin düşüb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG