Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 19:37

Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü olub


-

İyunun 4-də Bodrumda Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Abdullah Gül arasında görüş keçirilib.

President.az-ın məlumatına görə, görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün istiqamətlərdə uğurlu inkişafından məmnunluq ifadə edilib, strateji əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminlik bildirilib.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısının türkdilli xalqlar və ölkələr arasında əməkdaşlığın, regional əlaqələrin daha da genişləndirilməsi işinə töhfə verəcəyi vurğulanıb.

Söhbət zamanı ikitərəfli və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısında iştirak etmək üçün Türkiyədə işgüzar səfərdədir.
XS
SM
MD
LG