Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:33
-
«Daxili İşlər Nazirliyi müraciətimə müsbət baxmasa, aclıq aksiyasına başlayacağam. Ailə üzvlərimin həyatı təhlükədədir, başqa yolum qalmayıb».

Bu sözləri AzadlıqRadiosuna hüquq müdafiəçisi Vidadi İsgəndərli deyib. Onun bildirdiyinə görə, mayın 8-də ona və ailə üzvlərinə olunan təhdidlə bağlı DİN-ə etdiyi müraciət hələ də cavabsız qalıb:

«Evimə zəng ediblər, hədə-qorxu gəlirlər ki, çölə çıxmasan ailə üzvlərini öldürəcəyik. Pəncərədən baxdım ki, 5-6 nəfər idmançı görkəmli evin qarşısında durub. DİN-in «102» qaynar xətt xidmətinə zəng etdim. Gəldilər, dedilər araşdıracağıq. İndiyə kimi xəbər yoxdur. Uşaqlarımın qorxudan dili tutulub. Sabah bir də gedəcəyəm nazirliyə. Müsbət cavab olmasa, öz evimdə aclıq aksiyasına başlayacağam. Mən şəkər xəstəsiyəm. Ona görə aclıq aksiyası həkimin nəzarəti ilə olacaq».

Daxili İşlər Nazirliyindən AzadlıqRadiosuna məsələni araşdırıb məlumat verəcəklərini bildirdilər.

Vidadi İsgəndərli 2011-ci ildə seçki hüquqlarının həyata keçirilməsinə mane olma, seçki komissiyalarının işinə müdaxilə, döymə ittihamları ilə 3 il azadlıqdan məhrum edilmişdi. Bir sıra yerli və beynəlxalq insan haqları qurumları onu «vicdan məhbusu» kimi tanımışdı. O, 2012-ci ilin dekabrında prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG