Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:56

Rusiya Ukraynanın şərqində zorakılıqları araşdırmaq üçün xüsusi bölmə yaradıb


Rusiya Ukraynanın şərqində insan haqları pozuntularını araşdıracağını bildirib.
Rusiyanın İstintaq Komitəsinin sözçüsü Markov elan edib ki, Komitə nəzdində xüsusi bölmə yaradılıb. Bu bölmə Ukraynada ordunun törətdiyi bütün qanunsuzluqların istintaqını aparacaq.

Rusiyanın xarici işlər nazirliyi də iyunun 4-də bildirib ki, Kiyevin Şərqi Ukraynada törətdiyi əməllər cəzasız qala bilməz.

Nazirliyin İnsan haqları, demokratiya və qanunun aliliyi üzrə xüsusi nümayəndəsi Konstantin Dolqov deyib ki, indi Ukraynada baş verənlər vaxtilə Yuqoslaviyada olan zorakılıq da daxil, bütün zorakılıq rekordlarını vurur.
XS
SM
MD
LG