Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:38

Tacikistanda işgəncə verdiyi bildirilən molla həbs olunub


Tacikistanda Düşənbə yaxınlığındakı şəhərdə yerli molla həbs olunub. O, öz ervində dini dərs deyirmiş və bu vaxt tələbələri döyürmüş və işgəncə verirmiş.

Tacikistanəın Milli Təhlükəsizlik xidmətinin məlumatına görə, Hakimali Nizomov adlı molla işgəncə verməkdə, çoxarvadlılıqda və qanunsuz dini dərs keçməkdə ittiham olunur.

Tələbələrinin dediyinə görə, Nizomov elektroşokla işgəncə verirmiş.

Nizomovun dini dərs deməyə dövlət lisenziyası var. O, yerli mədrəsənin və məscidin imamıdır.

Onun 3 yaşdan 18 yaşa kimi 80 tələbəsi var idi. Hər tələbədən orta hesabla ayda 60 dollar alırdı.

Yerli sakinlər Nizomovun dərsləri hərdən öz evində keçdiyini təsdiqləsələr də, onun həbsinin siyasi motivli olduğunu bildirirlər. Onların fikrincə. Bu, hökumətin anti-islam kampaniyasının bir hissəsidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG