Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 23:52
-

Ünlü Türk yazarı Elif Şafak baş nazir Erdogan-ı qınayıb.

Onun Somadakı mədən faciəsindən sonra etiraz aksiyasına çıxan vətəndaşlardan birinə yumruq atmasını pisləyib.

Yazıçı Gezi Parkında hökumətə qarşı etirazların ildönümü ilə bağlı İtaliyanın “La Repubblica” qəzetinə yazdığı məqalədə qeyd edir ki,

"Yumruq bizim mədəniyyətimizin bir parçasıdır və hətta ən adi bir təxribat zamanı da özünü göstərir. Türkiyədə dövlət hər cür gücə sahibdir, amma vətəndaşlar yox. Millət olaraq biz bəlli bir səlahiyyətə sahib olanlar tərəfindən yumruqlanmağa alışmışıq. Ailədə, məktəbdə, orduda, yolda, supermarketdə… yumruq hər yerdədir”.

Elif Şafak qeyd edir ki, Türkiyədə insanlar “hər şeyə gücü yetdiyini düşünən bir dövlət tərəfindən aldadılıb".

Yazıçı ironiya ilə qeyd edir ki, Gezi olaylarından 1 il keçsə də, Yer kürəsi Günəş ətrafında 942 milyon kilometr dolaşsa da, Türkiyə demokratiya sahəsində 1 addım da olsa irəliləməyib. Əksinə bəlkə də geriləyib.

E.Şafak Erdoğan hökumətinin cəmiyyətdəki qütbləşməni daha da dərinləşdirdiyini yazır.

O qeyd edir ki, əgər başqa bir ölkədə baş nazir vətəndaşa yumruq atsaydı, hökumətinin təməli sarsılmış olardı, “amma Türkiyədə belə deyil”…

Günün bütün mövzuları

XS
SM
MD
LG