Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:22

«Maydan» etirazçısı: «Biz «Maydan»dan çıxmayacağıq»


«Maydan»ın yığışdırılmasına şinləri yandırmaqla etiraz etdilər - 31 may 2014

«Maydan»ın yığışdırılmasına şinləri yandırmaqla etiraz etdilər - 31 may 2014

-
İyunun 3-də bir qrup etirazçı bu şüarla Kiyev Ali Radasının önündə «Maydan»ın yığışdırılmasına qarşı çıxıblar.

AzadlıqRadiosunun Kiyevdən xəbər verir ki, yeni merin etirazçıların toplaşdığı «Maydan»ı boşaltmaq göstərişi birmənalı qarşılanmayıb.

Etirazçıların bir qrupu paytaxtın yeni meri Vitali Klitschko-nun göstərişinə əməl etməyəcəyini bildirib:
«Bizə demişdilər ki, «Maydan»a toxunmayacaqlar. Ancaq indi yeni mer yığışdırma göstərişi verib. Tualetlər yığışdırılıb, sular kəsilib. Antisanitariya baş alıb gedir. Tələblərimiz yerinə yetirilənə – korrupsiyanın kökü kəsilənədək, cinayətkarlar cəzasını alanadək buranı tərk etməyəcəyik».
Kiyev şəhər meriyasından AzadlıqRadiosunun müxbirinə bildiriblər ki, artıq inqilab bitdiyi üçün «Maydan» yığışdırılır.

UKRAYNA XƏBƏRLƏRİNİ CANLI BLOQDA İZLƏ
XS
SM
MD
LG