Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:33

İsa Qəmbər Elmar Məmmədyarova müraciət edib


Müsavat başqanı İsa Qəmbər

Müsavat başqanı İsa Qəmbər


Müsavat başqanı İsa Qəmbər partiya qurultayı üçün yer probleminin həll edilməsi ilə bağlı Avropa Şurası Nazirlər Komitəsinə (AŞNK) sədrlik edən Elmar Məmmədyarova müraciət edib.

Bu haqda AzadlıqRadiosuna partiyanın başqan müavini Gülağa Aslanlın məlumat verib:

«May ayından Azərbaycan AŞNK-ə sədrlik edir. Elmar Məmmədyarov bu quruma rəhbərlik edir. Biz Elmar Məmmədyarova Azərbaycanın xarici işlər naziri kimi yox, AŞNK sədri kimi müraciət etmişik. Azərbaycan siyasi partiyalara şərait yaradılması ilə bağlı AŞ qarşısında öhdəlik götürüb. Bura həm də partiyaların qurultay keçirməsi üçün normal şəraitin yaradılması daxildir. Ona görə müraciət etmişik ki, Azərbaycan hökumətindən bu öhdəliyi yerinə yetirməyi tələb etsin».

Müsavat Partiyası qurultaya yer ayrılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. İcra hakimiyyəti partiyaya Əmircan qəsəbəsində yerləşən Səttar Bəhlulzadə adına Mədəniyyət evini təklif edib. Partiya həmin mədəniyyət evinin yararsız olduğunu əsas gətirərək, icra hakimiyyətinin təklifini rədd edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG