Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:50

Azərbaycanda «Şairlər Günü» qeyd olunacaq


1930-cu illərin repressiya qurbanı şair Mikayıl Müşfiqin istintaq fotoları

1930-cu illərin repressiya qurbanı şair Mikayıl Müşfiqin istintaq fotoları

-
İyunun 5-də Azərbaycanda «Şairlər Günü» qeyd olunacaq.

Bu barədə AYB-nin mətbuat xidməti xəbər yayıb.

Xəbərdə deyilir ki, 4 il əvvəl Şairlər Birliyinin rəhbəri Xəyal Rzanın təklifi və təşkilatçılığı ilə əsası qoyulan bu tədbir ötən il daha geniş miqyasda, Türkiyə, Qırğızıstan, Özbəkistan, Gürcüstan, Ukrayna və Rusiyadan dəvət olunan qonaqların iştiraki ilə keçirilib.

Qonaqlar arasında Yeşim Ağaoğlu (Türkiyə), Ender Balkır (Türk xalq musiqisi sənətçisi), Mehmet Özkaya (Türk sənət musiqiçisi sənətçisi), Gülay Sezer (Türk sənətçisi), Yakup Ömeroğlu (Avrasiya Yazarlar Birliyi başqanı), Dmitro Stus (Ukrayna), Mixail Sinelnikov (Rusiya), Dalmira Tilepbergenova (Qırğızıstan), Şukratulla Rzayev (Özbəkistan), Giorgi Kekelidze (Gürcüstan) kimi tanınmış insanlar olub.

Bu ilki «Şairlər Günü»ndə də Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə dünyanın müxtəlif ölkələrindən tanınmış şair və ədəbiyyatçılar, sənət adamları və musiqiçilər iştirak edəcək.

«Şairlər Günü» Türkiyə Böyükelçiliyi Kültür və Tanıtım Müşavirliyinin dəstəyi ilə Muğam Mərkəzində keçiriləcək.

«Şairlər Günü»nün iyunun 5-i seçilməsi də təsadüfi deyil. Həmin gün böyük Azərbaycan şairi Mikayıl Müşfiqin doğum günüdür.

Yeri gəlmişkən, «Şairlər Günü»nün iştirakçıları sabah Mikayıl Müşfiqin şərəfinə onun sevimli Xəzərinə qərənfillər səpəcəklər.

Şairlərə Müşfiqin adını daşıyan mükafatın verilməsi də nəzərdə tutulub.

Günün bütün mövzuları

XS
SM
MD
LG