Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:18

3 yaşlı uşaq xəstəxana həyətində mazut çalasına düşərək ölüb


Arxiv foto

Arxiv foto

-

İyunun 3-də Astarada 3 yaşlı Ədalət Babazadə rayon mərkəzi xəstəxanasının həyətindəki mazut çalasına düşərək ölüb.

Astara rayon prokurorluğunun və rayon polis şöbəsinin ilkin araşdırması zamanı müəyyən edilib ki, hadisə baş verən sahə əvvəllər xəstəxananın isitmə qurğuları üçün torpağın altında tikilmiş mazutun saxlandığı yer olub. 2012-ci ilin mart ayında «Real» mənzil-tikinti kooperativi xəstəxanada təmir işləri apararkən həmin ərazinin üst hissəsinə torpaq tökərək, yaşıllıq zolağı salıb. 2014-cü il iyunun 3-də anası ilə xəstəxanaya gələn Ədalət Babazadə orada oynayarkən yaşıl ot örtüyü çöküb, 3 yaşlı uşaq içərisində mazut olan yerə düşüb və boğularaq ölüb.

Xəbəri Baş Prokurorluğun saytı yayıb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilib, digər istintaq hərəkətləri yerinə yetirilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG