Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:23
-

İyunun 3-də İçərişəhərdəki «Arxeoloji park»da Müasir İncəsənət Muzeyinin, «YARAT!» Müasir İncəsənət Məkanının, «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və «Da'ART» təsviri incəsənət mərkəzinin birgə təşkilatçılığı ilə uşaqların əl işlərindən ibarət sərgi açılıb.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, «Bizim sevimli şəhərimiz» mövzusunda təşkil edilmiş sərgi Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunub.

Bu sərgi iki ay müddətində 5-13 yaş arası uşaqlara əməkdar mədəniyyət işçisi Dilarə Atakişiyeva, Nübar Şahbazova və Nadiya Taziyeva tərəfindən keçirilmiş ustad dərslərin yekunudur.

Bu müddətdə uşaqlara kollaj, təsviri sənət, qrafika və tətbiqi incəsənət üzrə təcrübə öyrədilib.

Tədbirdə Bülbül adına orta ixtisas musiqi məktəbinin və Azərbaycan Dövlət Uşaq Filarmoniyasının kollektivlərinin ifasında konsert təqdim olunub.

Sonda uşaqlara hədiyyələr təqdim edilib.

Sərgidə 100-dən çox uşağın 300-dək işi - rəsm, batik, kukla, əllə naxışlanmış boşqablar, rəsmlər və digər əl işləri nümayiş olunur.

Sərgi təşkilatçılarının fikrincə, belə tədbirlər uşaqların ölkə tarixini, mədəniyyətini, ənənələrini öyrənmələri və sevmələri baxımından böyük əhəmiyyət daşıyır.
XS
SM
MD
LG