Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:16
-

Bu barədə Gəncə şəhər Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, imtahandan kənarlaşdırılan uşaqların əksəriyyəti şəhərin 7 nömrəli tam orta məktəbinin şagirdləridir. Təkcə bu məktəbdən 27 şagird buraxılış imtahanına buraxılmayacaq və onların əksəriyyəti də, təhsil müəssisəsindən xaric edilənlərdir.

Bu il Respublikanın ümumtəhsil məktəblərini bitirən 1087 şagird buraxılış imtahanlarına buraxılmayacaq.

TQDK-nın məlumatına görə, imtahana buraxılmayan şagirdlərin bəziləri təhsildən yayındığı üçün biliyi qiymətləndirilmir, bəziləri qeyri-kafi qiymət aldığından imtahana buraxılmır. Bəziləri isə təhsil müəssisəsindən xaric edildikləri və ya xarici ölkəyə köçdükləri üçün buraxılış imtahanında iştirak etmək hüququnu itirib. İmtahana buraxılmayan şagirdlərin siyahısı TQDK-nın internet saytında yerləşdirilib.
XS
SM
MD
LG