Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:19

«Mən Azərbaycanın dostu olaraq qalıram»


ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar

-
«Əsrin müqaviləsi imzalanandan indiyədək Azərbaycan çox böyük irəliləyiş əldə edib. Hazırda Cənub Qaz Dəhlizinin həyata keçirilməsi davam etdirilir. Biz ABŞ olaraq bu layihənin həyata keçirilməsində Azərbaycana kömək etməyə hazırıq».

Bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar jurnalistlərlə söhbətində bildirib.

Səfir dünən Xəzər neft-qaz sərgisində prezident Obamanın konfrans iştirakçılarına ünvanladığı məktubu diqqətə gətirib.

«Məktubda bir daha bizim ölkənin enerji məsələlərində Azərbaycanla əməkdaşlığa sadiq olması təsdiqlənib».

R. Morninqstar Turan-ın Amerika şirkətlərinin Azərbaycanın neft-qaz layihələrində iştirakının az olması ilə bağlı sualının cavabında deyib ki, Amerikanın aparıcı böyük neft şirkətləri Azəri-Çıraq-Günəşli yatağında iştirak edirlər. Eyni zamanda bir sıra ABŞ şirkətləri «Şahdəniz» layihəsində podratçı qismində iştirak edir. Bir sıra digər ABŞ şirkətləri isə qarşıdan gələn illərdə həyata keçiriləcək qaz layihələrində iştirak etmək marağındadır.

Səfir Turan-ın Azərbaycan rəsmilərinin onun «AzadlıqRadiosuna» müsahibəsinə münasibəti ilə bağlı sualının cavabında bildirib ki, hər bir kəsi həmin müsahibə ilə veb saytda başdan-ayağacan, axıradək tanış olmağa çağırır.

«Mən dediyim sözlərin hamısının arxasında sonadək dayanıram. Eyni zamanda, mənim fikirlərimlə istənilən bir şəxsin razılaşmamaq hüququnu da başa düşürəm və qəbul edirəm. Mən bir daha hər kəsi bizim səfirliyin veb saytında yerləşdirilmiş həmin müsahibənin ingilis və Azərbaycan versiyaları ilə başdan sonadək tanış olmağa və həmin konteksti nəzərə alaraq mənim fikirlərimin, sözlərimin ədalətli və balanslı, tarazlaşdırılmış olmasına şahid olmağa çağırıram.

Mən bir daha qeyd etmək və təsdiqləmək istəyirəm ki, ABŞ-la Azərbaycan arasındakı əlaqələr güclü qalır. Mən özüm Azərbaycanın dostu olaraq qalıram. Mənim həm hökumətin daxilində, həm də hökumətdən kənarda müxtəlif insanlarla çox yaxşı əlaqələrim var», - deyə səfir bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG