Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:31

Obama administrasiyası ABŞ əsgərinin beş talibançıya dəyişdirilməsi barədə əsas senatorlara bildiriş göndərmədiyinə görə üzr istəyib.

Kaliforniyadan senator Dianne Feinstein və Corciyadan Saxby Chambliss deyiblər ki, Ağ Ev rəsmiləri iyunun 2-də onlara zəng edib və bildirişin diqqətsizlik üzündən göndərilmədiyini deyib.

Feinstein və Chambliss Senatın Kəşfiyyat Komitəsində Demokratlar və Respublikaçıları təmsil edirlər.

Dekabrda imzalanmış qanuna görə, administrasiya Quantanomo hərbi həbsxanasından hər hansı məhbusu buraxmamışdan 30 gün öncə Konqresə bildiriş göndərməlidir.

İyunun 3-də Polşada çıxış edən Obama serjant Bowe Bergdahl-ın 5 talibançıya dəyişdirilib azadlığa çıxarılması qərarını bir daha müdafiə edib.

O, əmin olduğunu bildirib ki, həmin talibançılar təhlükə yaratsalar, Birləşmiş Ştatlar onları izləmək gücündədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG