Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 18:07
-
Polşa Krım tatarlarının lideri Mustafa Dzhemilev-a demokratiya və insan haqları sahəsində fəaliyyətinə görə yeni mükafat verib.

İyunun 3-də Varşavada keçirilən mərasimdə 70 yaşlı Dzhemilev Lech Walesa Həmrəylik Mükafatını alıb. Mükafatın dəyəri 1 milyon avrodur (1.4 milyon dollar).

Mərasimə ABŞ Dövlət katibi John Kerry və Ukraynanın yeni seçilmiş prezidenti Petro Poroshenko qatılıb.

Poroshenko Dzemilev-i «Ukraynanın böyük qəhrəmanı» adlandırıb.

Dzhemilev sovet vaxtı dissident olub. Etnik türklər tatarlar təqibə məruz qalıblar.

O, Rusiyanın Krımı anneksiyasına etiraz edib.

Krımdakı 300 min tatar yarımadanın əhalisinin 12 faizini təşkil edir. Onlar Krımı Rusiyaya birləşdirən mart referendumunu boykot ediblər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG