Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:14

İran prezidenti ölkəsinin nüvə hüquqlarını qoruyacağını deyir


Hassan Rohani
Hassan Rohani
-

İran prezidenti Hassan Rohani deyir ki, hökuməti İslam Respublikasının nüvə hüquqlarını qoruyacaq və beynəlxalq sanksiyaların bitməsinə çalışacaq. Sərt xətt tərəfdarları mötədil Rohani-ni Qərbə çox güzəşt etməkdə günahlandırır.

Noyabrda imzalanmış aralıq sazişinə görə, İran, Qərbin sanksiyaları yumşaltması əvəzində nüvə fəaliyyətini məhdudlaşdırmağa razılaşıb.

Qərb İranı nüvə proqramından yararlanaraq gizlicə nüvə silahı hazırlamaqda ittiham edir, Tehran bunu yalanlayır. Razılaşmanın yekunlaşdırılması üzrə yüksək səviyyəli danışıqların növbəti raundu bu ayın sonunda keçiriləcək.

Ekspertlər səviyyəsində danışıqlar iyunun 4-də Vyanada olacaq.

Rusiyanın BMT-dəki səfiri Vitaly Churkin iyunun 3-də deyib ki, danışıqlar «problemsiz olmasa da, yaxşı gedir».
XS
SM
MD
LG